AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp Kanada, Meksika, Kuba və Qrenlandiyanı ABŞ bayrağının rənglərində göstərən xəritə yayıb

  • + A
  • - A
  • Bu gün, 21:55

    Tramp Kanada, Meksika, Kuba və Qrenlandiyanı ABŞ bayrağının rənglərində göstərən xəritə yayıb


    Tramp Kanada, Meksika, Kuba və Qrenlandiyanı ABŞ bayrağının rənglərində göstərən xəritə yayıb

    ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika, Kuba, Qrenlandiya və bir sıra digər ərazilərin ABŞ bayrağının rənglərində təsvir olunduğu xəritə yayıb.

    Tramp xəritəni özünün “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşıb.

    Xəritədə adıçəkilən ərazilərin ABŞ-ın milli bayrağının rəngləri – qırmızı, ağ və mavi ilə işarələnməsi diqqət çəkib.
    Paylaşımın hansı məqsədlə edildiyi barədə Tramp əlavə açıqlama verməyib.

    Qeyd edək ki, Donald Tramp daha əvvəl Qrenlandiyanın ABŞ tərəfindən alınması ideyasını dəfələrlə gündəmə gətirib. Kanada ilə bağlı da ABŞ-a birləşmə mövzusunda mübahisəli fikirlər səsləndirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR