ISW: Rusiya hazırkı irəliləyiş tempi ilə Donetsk vilayətinin qalan hissəsini ən tez 2032-ci ildə ələ keçirə bilər

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin nəzarətdən kənarda qalan hissəsini hazırkı irəliləyiş tempi ilə ələ keçirməyə yalnız 2032-ci ildən sonra nail ola bilər. Hətta bunun baş verəcəyinə də zəmanət yoxdur.
Bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.
İnstitutun analitikləri bildiriblər ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibənin dayandırılması ilə bağlı sülh danışıqları prosesində Moskvanın hər hansı ciddi kompromisə getmək istəmədiyini yenidən təsdiqləyib.
ISW-nin qiymətləndirməsinə görə, bununla yanaşı, Rusiya ordusu döyüş meydanında qarşısına qoyduğu əsas məqsədlərə nail ola bilmir.
Analitiklər xüsusilə qeyd ediblər ki, Moskvanın 2026-cı ilin sonunadək Donetsk vilayətinin qalan hissəsini ələ keçirmək kimi prioritet hədəfi hazırkı vəziyyətdə reallaşmır.
ISW hesab edir ki, Rusiya qüvvələrinin irəliləyiş sürəti dəyişməz qalarsa, Donetsk vilayətinin qalan hissəsinin ələ keçirilməsi ən tez 2032-ci ilə qədər uzana bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.