AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ Qrenlandiyaya 200 milyon avro investisiya yatıracaq

  • + A
  • - A
  • Dünən, 23:00

    Aİ Qrenlandiyaya 200 milyon avro investisiya yatıracaq


    Avropa İttifaqı (Aİ) iqtisadi əlaqələri genişləndirmək və xammal hasilatını artırmaq məqsədilə yaxın iki il ərzində Qrenlandiyaya 200 milyon avro investisiya yatıracaq.

    Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Qrenlandiyanın paytaxtı Nuuqa rəsmi səfəri zamanı açıqlama verib.

    “Arktikanın geosiyasətin tektonik plitələrinin toqquşduğu məkanlardan birinə çevrildiyini anlayırıq. Buna görə də burada baş verənlər bizim üçün əhəmiyyətlidir”, – deyə o bildirib.

    Aİ-nin maliyyə paketi Danimarka Krallığının tərkibində muxtar ərazi statusuna malik Qrenlandiyada Avropa İttifaqının iqtisadi və strateji mövcudluğunu gücləndirməyə hesablanıb. Qrenlandiya uzun müddətdir ABŞ Prezidenti Donald Trampın da diqqət mərkəzindədir.

    Vəsait üç istiqamətə yönəldiləcək
    Ursula fon der Lyayenin sözlərinə görə, 200 milyon avroluq investisiya paketi üç əsas istiqamət üzrə bölüşdürüləcək:

    rəqəmsal rabitənin inkişafı, o cümlədən sualtı kabellər və peyk infrastrukturu;
    təmiz enerji layihələri, xüsusilə hidroenergetika;
    kritik əhəmiyyətli xammal ehtiyatlarının hasilatı.
    Qrenlandiyada Aİ-nin strateji əhəmiyyətli hesab etdiyi 34 növ faydalı qazıntının 25-i mövcuddur. Brüssel bu resursları bərpa olunan enerji sistemlərinin və qabaqcıl texnologiyaların inkişafı üçün mühüm hesab edir.

    Trampın Qrenlandiya planı
    Qrenlandiyanın zəngin mineral ehtiyatları Donald Trampın adaya nəzarətin ABŞ-a keçməsini istəməsinin əsas səbəblərindən biri olub. Tramp həmçinin ABŞ-ın müttəfiqlərinin Arktika regionuna kifayət qədər investisiya yatırmadığını bildirib.

    ABŞ prezidentinin Qrenlandiyanı Danimarkanın nəzarətindən çıxarmaq cəhdləri transatlantik müttəfiqlikdə ciddi narahatlıq yaradıb. Gərginlik yanvar ayında Trampın Danimarkanı Qrenlandiyadan imtina etməyə məcbur etmək məqsədilə yüksək gömrük tarifləri tətbiq edə biləcəyi barədə xəbərdarlıq etməsi ilə daha da artıb. Sonradan isə kəskin tənqidlər fonunda bu mövqeyindən geri çəkilib.

    Lakin Tramp iyul ayında Qrenlandiyanın ilhaqı ideyasını yenidən gündəmə gətirib və məsələnin onun üçün hələ də prioritet olaraq qaldığını nümayiş etdirib.

    Aİ-nin 200 milyon avroluq yeni investisiya paketi Qrenlandiyanın strateji mineral ehtiyatlarına və Arktikanın artan geosiyasi əhəmiyyətinə fonunda Avropanın regiondakı mövcudluğunu gücləndirmək cəhdi kimi qiymətləndirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR