Gürcüstandan Ermənistana 1,6 milyon dollarlıq çörək və un məmulatı ixrac edilib

Gürcüstandan Ermənistana 1,6 milyon dollarlıq çörək və un məmulatı ixrac edilib
2026-cı ilin ilk 7 ayı ərzində Gürcüstanın çörək və qənnadı məmulatlarının ixracından əldə etdiyi gəlir iki dəfədən çox artıb.
Yerli KİV-in məlumatına görə, yanvar-iyul aylarında Gürcüstan ümumilikdə 2 min 224 ton çörək və qənnadı məhsulu ixrac edib. Bu məhsulların ümumi dəyəri 8 milyon 776 min dollar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 129 faiz artıb. Göstərilən rəqəmlərə həm Gürcüstanda istehsal olunan məhsulların ixracı, həm də idxal edilərək digər ölkələrə təkrar ixrac edilən məhsullar daxildir.
Məlumata görə, Gürcüstan Ermənistana hesabat dövründə 343 ton çörək və un məmulatı satıb. Bu ixracın ümumi dəyəri isə 1,6 milyon dollar olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.