AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə hərbi xərcləri 229 faiz artıracaq

  • + A
  • - A
  • Bu gün, 20:19

    Türkiyə hərbi xərcləri 229 faiz artıracaq


    Türkiyə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa hazırlaşır.
    Yerli KİV-in məlumatına görə, ölkənin 2027–2029-cu illəri əhatə edən yeni Orta Müddətli Proqramına əsasən, müdafiə xərcləri üçün əlavə ayrılacaq vəsaitlərin həcmi 229 faiz artırılacaq.
    Ankara maliyyələşmənin artırılmasını ilk növbədə milli müdafiə sənayesinin inkişafı ilə əlaqələndirir.

    Türkiyə hökuməti ölkə daxilində yeni texnologiyaların yaradılmasını, xarici tədarükdən asılılığın azaldılmasını və yüksək əlavə dəyərə malik müdafiə məhsullarının istehsalının artırılmasını qarşıya məqsəd qoyub.

    Proqram çərçivəsində müdafiə sənayesinin texnoloji imkanlarının genişləndirilməsi və Türkiyənin bu sahədə özünütəminetmə səviyyəsinin yüksəldilməsi nəzərdə tutulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR