AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yoluxanların sayı azaldı

  • + A
  • - A
  • 21-04-2021, 16:51


    Azərbaycanda bu gün koronavirus infeksiyasına 2075 yeni yoluxma faktı qeydə alınıb, 2480 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Son sutkada 32 nəfər COVID-19-dan vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 305 933 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 269 965 nəfər müalicə olunaraq sağalıb, 4 235 nəfər vəfat edib.

    Aktiv xəstə sayı isə 31 733 nəfər olub.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 679, bu günə qədər isə ümumilikdə 3 141 335 test icra olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR