ABŞ Hərbi Hava Qüvvələrinin generalı Filip Bridlav Rusiya ilə müharibənin Ukrayna üçün nəticələrindən danışıb.
AzadMedia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, onun sözlərinə görə, Moskva silahlı qüvvələrinin bütün imkanlarından istifadə edərsə, Kiyev son dərəcə çətin vəziyyətdə qalacaq. Bridlav bildirib ki, Rusiya ordusunun gücünü qiymətləndirməmək çox təhlükəlidir:
“Bu, qəbuledilməz və ağılsızlıqdır. Bunu bir hərbçi kimi deyirəm. Rusiya ilə qarşıdurma vəziyyətində Ukraynanın köməyə ehtiyacı olacaq”.
General belə vəziyyətdə Ukraynaya kömək edəcək Qərb dövlətlərinin adlarını çəkməkdən imtina edib: “Birbaşa deyə bilmərəm ki, bu, ABŞ olacaq, ya da NATO olacaq”.
Bridlav Ukraynanın Moskva və Vaşinqton arasında “döyüş meydanı” olması fikri ilə də razılaşmayıb. Onun sözlərinə görə, silahlı münaqişə olacağı təqdirdə, müharibə yalnız Rusiya və Ukrayna arasında baş verəcək.
“Bəli, biz deyə bilərik ki, Qərb gücləri Ukraynanın köməyinə gələcək. Ancaq bu hələ ABŞ ilə Rusiya arasında və ya NATO ölkələri ilə Rusiya arasında açıq müharibə demək deyil”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.