AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NATO müharibəyə hazırlaşır – Rusiya SQ-nin Baş Qərargah rəisi

  • + A
  • - A
  • 18-12-2019, 12:40

    NATO müharibəyə hazırlaşır – Rusiya SQ-nin Baş Qərargah rəisi


    NATO-nun keçirdiyi təlimlər və onların ssenariləri alyansın genişmiqyaslı münaqişəyə hazırlaşmasını göstərir.

    “TASS” xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.

    “Eyni zamanda qərb müttəfiqlər Rusiyanın hərbi təhlükə yaratması haqqında tezisi təşviq edirlər. Brüsselin doktrinal sənədlərində isə Rusiyaya düşmən statusu verilib”, – deyə ordu generalı bildirib.

    Onun sözlərinə görə, 2016-cı ildən başlayaraq alyansa üzv ölkələr müdafiə xərclərini 130 milyard dollar artırıb və yaxın dörd ildə bu rəqəmin 400 milyard dollara qədər artırılması gözlənilir. /oxu.az/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR