AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu il son zəng olacaqmı? - AÇIQLAMA

  • + A
  • - A
  • 7-06-2021, 12:07

    Bu il son zəng olacaqmı? - AÇIQLAMA

    İyun ayının 15-də orta məktəblərdə 2020-2021-ci tədris ili yekunlaşacaq. Ötən il pandemiya səbəbindən son zəng tədbirləri onlayn formada təşkil edildi. Lakin bu il şagirdlərin əksəriyyəti tədbirin keçirilməsinin tərəfdarıdır.

    Bu il son zəng olacaqmı?

    Təhsil eksperti Kamran Əsədov Sfera.az-a açıqlamasında deyib ki, 2020-ci ildə insanlar pandemiyanın davranış qaydalarına bələd deyildi və bu da birmənalı şəkildə kütləvi tədbirlərin keçirilməsinə mane olurdu:

    "Lakin ölkədə artıq kifayət qədər beynəlxalq və yerli tədbirlər keçirilir. Ən vacib məqam isə, 2020-ci ilin istər 15 sentyabrından, istər 2021-in 1 fevralından etibarən məktəblərdə dərslər hibrid formada açılır və 1 milyon 400 minə yaxın şagird hər gün dərs prosesində iştirak edir. Bu il orta ümumtəhsil məktəblərin 11-ci sinfini 86 min şagird bitirir. Hesab edirəm ki, yalnız birinci və 11-ci siniflər, o cümlədən onların müəllimlərinin, valideynlərinin iştirakı ilə ara məsafə gözlənilərək son zəng tədbirləri keçirilməlidir. Bu, uşaqların haqqıdır”.

    Ekspert düşünür ki, orta ümumtəhsil məktəblərini bitirən şagirdlər 1 il 4 aya yaxındır, məktəblərə getmədikləri üçün müəllimləri, sinif yoldaşıları ilə son dəfə vidalaşmalıdırlar:

    "Etiraf edək ki, şagirdlər digər ictimai yerlərdə - parklarda, restoranlarda rahatlıqla ola bilirlər. Bu baxımdan könüllü şəkildə kimlər istəsə, son zəng tədbirinə qatıla bilər. Xüsusilə bu, birinci sinif şagirdləri üçün önəmlidir. Yalnız ümumi tədbir, yəni hər hansı çal-çağır olmadan, qeyd etdiyim şagirdərin iştirakı ilə son zəng tədbiri keçirilə bilər”.

    Təhsil Nazirliyindən verilən məlumata görə isə, pandemiya dövründə ictimai toplaşma, kütləvi tədbirlərin təşkili və ləğvi ilə bağlı müvafiq qərarlar Nazirlər Kabineti tərəfindən verilir və qərar haqqında ictimaiyyətə məlumat veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR