AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vəkili güllələyən polisi azad edən Bastrıkinin Bakı səfəri sual altına düşdü

  • + A
  • - A
  • 7-06-2021, 13:12


    Xəbər verdiyimiz kimi, 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi güllələyib öldürən Novosibirsk vilayətinin yol polisi müfəttişi Aleksandr Qusev həbsdən buraxılıb. Bu barədə əmri Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin imzalayıb.

    Bir müddət əvvəl iyunun sonu üçün Bastrıkin Azərbaycana səfərə dəvət olunmuşdu. Lakin son hadisələr, yani azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polisin azadlığa buraxılması ilə bağlı göstəriş verdiyinə görə Bastrıkinin Azərbaycana səfəri sual altına düşüb.

    Xatırladaq ki, hadisə mayın 28-də baş verib. Hərəkətdə olan “Toyota” avtomobilini saxlayan yol polisi əməkdaşları maşındakı gəncləri polis bölməsinə aparmağa cəhd ediblər. Bu zaman polislərdən biri, baş leytenant Aleksandr Qusyev yoldaşını polislərin əlindən almağa çalışan 19 yaşlı Vəkil Abdullayevin başından güllə ilə vurub. V.Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR