AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhidimiz dəfn olundu - Fotolar

  • + A
  • - A
  • 7-06-2021, 20:20

    Şəhidimiz dəfn olundu - Fotolar

    Vətən Müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş Azərbaycan Ordusunun hərbçisi, şəhid Əkbər Yunis oğlu Məsimov anadan olduğu Ağdaş rayonunun Qaradeyin kəndində dəfn olunub.

    AzadMedia.az xəbər verir ki, dəfn mərasimində Ağdaş Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.

    Şəhidimiz yaylım atəşi altında dəfn olunub. Onun tabutuna bükülən üçrəngli Azərbaycan bayrağı ailəsinə təhvil verilib.

    Məsimov Əkbər Yunis oğlu 1994-cü il oktyabrın 5-də Ağdaş rayonunun Qaradeyin kəndində anadan olub. Azərbaycan Ordusunda 4 il müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edib.

    O, Vətən Müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb. Baş Prokurorluğun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarəti ilə həyata keçirilən intensiv əməliyyat-istintaq hərəkətləri nəticəsində Əkbər Məsimovun nəşi tapılaraq ailəsinə təhvil verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR