AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün "Şərurlu İsfəndiyar"ın məhkəməsi KEÇİRİLƏCƏK

  • + A
  • - A
  • 11-06-2021, 09:45


    Bu gün "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundovun məhkəmə iclası keçiriləcək.

    Unikal.org-un əldə etdiyi məlumata görə, "Azərbaycan Beynəlxalq Bankı ASC" tərəfindən kredit müqaviləsi üzrə mübahisələrlə bağlı tanınmış iş adamına qarşı Binəqədi rayon məhkəməsində iddia qaldırılıb. İş hakim Fuad Abdıyevin icraatına verilib.

    "Şərurlu İsfəndiyar"la birlikdə F.Babayev və "Stil Tikinti" MTK da məhkəmə prosesində cavabdeh qismində çıxış edəcək.

    Hazırlıq iclası 20 may saat 12:45-də keçirilib. Baxış iclası bu gün saat 12:30-da baş tutacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR