AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İşdən çıxarılan şöbə müdiri məhkəmədə qalib gəldi

  • + A
  • - A
  • 11-06-2021, 17:51


    Milli Hematologiya və Transfuziologiya Mərkəzinin şöbə müdiri vəzifəsindən azad edilən Aysel Erdoğanın məhkəmə iddiası təmin edilib.

    AzadMedia.az xəbər verir ki, aprelin 14-də Mərkəzin əmri ilə Erdoğan Aysel Rami qızı ilə bağlanan müqaviləyə xitam verilib və o, Talassemiyanın profilaktikası şöbəsinin müdiri vəzifəsindən azad olunub.

    A.Erdoğan bununla bağlı Nəsimi rayon məhkəməsinə müraciət edərək əmrin ləğv edilməsini və işə bərpa olunmasını tələb edib.

    Hakim Rəşid Səmədovun çıxardığı qətnamə ilə şöbə müdirinin iddiası təmin edilib. Qərara görə, A.Erdoğan köhnə vəzifəsinə bərabər tutulan Talassemiyanın profilaktikası bölməsinin rəhbəri vəzifəsinə bərpa edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR