ABŞ Prezidenti Cozef Bayden və xanımı Cill Bayden G7 sammitinə Böyük Britaniya Kraliçası II Yelizavetadan sonra gəliblər. Onlar bununla protokol qaydalarını pozublar.
Azadmedia.az "Daily Star"a istinadla xəbər verir ki, protokol qaydalarına əsasən, tədbir iştirakçıları kral ailəsi üzvlərindən əvvəl toplanmalıdır.
Bayden cütlüyü qaydaları pozaraq Britaniya kraliçasından bir neçə dəqiqə sonra iclasa qatılıblar.
Buna baxmayaraq, ABŞ liderinin sammitə gecikməsi II Yelizavetanın əhval-ruhiyyəsinə təsir etməyib. O, Bayden və həyat yoldaşı da daxil olmaqla bütün qonaqlarla xoş söhbətlər edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.