Prezident İlham Əliyev bu gün Şuşada "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktarı "Qarabağ" ordeni ilə təltif edib.
AzadMedia.az xəbər verir ki, bu barədə H. Bayraktar öz tvitter hesabında yazıb.
“Can Azərbaycanın işğaldan azad etdiyi Qarabağın ürəyi Şuşanı görmək nəsib oldu. Cənab Prezident İlham Əliyev tərəfindən layiq görüldüyüm “Qarabağ" ordenini Azərbaycanın Milli Qurtuluş Günündə cumhur başqanımız R.T. Ərdoğanın hüzurunda aldım. Qürur duydum!”, - paylaşımda qeyd olunub.
Qeyd edək ki, "Baykar"ın baş direktoru Haluk Bayraktar şirkətin texniki direktoru Səlcuk Bayraktarın qardaşıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.