“Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar da "WhatsApp" tətbiqindən imtina edib.
AzadMedia.az Türk mediasına istinadən xəbər verir ki, Bayraqdar bu barədə tvitter hesabında yazıb. O, bundan sonra "BiP", Telegram, Signal kimi tətbiqlərdən istifadə edəcəyini bildirib.
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gizlilik prinsiplərinin dəyişməsi səbəbindən “WhatsApp” tətbiqindən imtina edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.