AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev Selçuk Bayraktarı təltif etdi - FOTO

  • + A
  • - A
  • 1-04-2021, 15:40


    Prezident İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı “Qarabağ” ordeni ilə təltif edib.

    Bununla bağlı Selçuk Bayraktar rəsmi “Twitter” hesabında paylaşım edib:

    “Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən “Qarabağ” ordeninə layiq görüldüyüm üçün böyük şərəf və qürur duyuram. Bir millət - iki dövlətin birgə gələcəyi üçün işləri davam etdirəcəyik”.

    S.Bayraktar görüşdən sonra Azərbaycan Prezidentinə özəl gödəkçə də hədiyyə edib. Gödəkçənin bir tərəfində Türkiyənin dövlət bayrağı, digər tərəfində isə İlham Əliyevin adı əks olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR