AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşa Bəyannaməsi iki ölkəni bir-birinə daha sıx bağladı, regiona yeni mesaj verdi

  • + A
  • - A
  • 15-06-2021, 23:54


    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı

    Bu gün bütün dünyanın diqqəti yenə Azərbaycana yönəldi. Bu gün Azərbaycan və Türkiyə Ulu Öndərin dediyi kimi "Bir millət, iki dövlət" olmasını bir daha isbatladı. Türkiyə Cümhuriyyərinin prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın Şuşa səfəri, Şuşada möhtəşəm qarşılanması tutduğu mövqedən, yaşından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırdı, kövrəltdi, əksəriyyəti sevinc göz yaşlarına hakim ola bilmədi. Bu il ilk dəfə Milli Qurtuluş Gününü qalib xalq kimi Şuşada qeyd etdik xalq olaraq. Ata vəsiyyətini yerinə yetirən Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev mötəbər və tarixi Şuşa Bəyannaməsini məhz bu gün imzalamaqla Şuşanın dahi rəhbərimiz üçün nə qədər qiymətli olmasını bir daha sübut etdi. Bu gün imzalanan Bəyannamə Şuşaya uzanan əlləri birdəfəlik kəsdi, torpaqlarımızda gözü olanları bir dəfəlik yerində oturtdu. Bu tarixi Bəyənnamədən çox danışılacaq, çox praqnozlar veriləcək, çox analizlər ediləcək. Fakt olan budur ki, qardaş Türkiyə dünyanın nüfuzlu ölkələri ilə müqayisə olunan əzəmətli ordusu ilə bundan sonra rəsmən Azərbaycanın yanında olacaq. Qardaş Türkiyənin dəstəyi hər zaman dövlətimizdə ruh yüksəkliyi, özünə inamı gücləndirib. Bunu cənab Prezident İlham Əliyev bu gün çıxışında da Vətən Müharibəsi ərəfəsində Türkiyənin yanınızdayıq mesajından güc aldığını etiraf etdi. Bu gündən etibarən Azərbaycan regionunda söz sahibi olmasını bir daha geosiyasi məkanda göstərəcək.
    Biz bu gün həm də Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik.
    Bu barədə Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatında bildirdi.
    Bundan sonra qərarlar qəbul ediləndə Şuşa Bəyannaməsinin imzalanmasının tarixi əhəmiyyətini xüsusi vurğulanacaq. Türkiyə ilə Azərbaycan arasındakı bu bəyannamə bir sıra məsələləri əhatə edir. Hörmətli Türkiyə Prezidentinin dediyi kimi, gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR