AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məktəb direktorunun katibənin maaşını MƏNİMSƏYİB

  • + A
  • - A
  • 17-06-2021, 11:42


    Cəbrayıl Peşə Məktəbində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Aparılan araşdırma ilə Mehman Quliyevin qeyd edilən məktəbin direktoru vəzifəsini icra etdiyi müddətdə katibə işləyən Jalə Quliyevanın əmək fəaliyyətini həyata keçirmədiyi halda adına olan əmək haqqı kartına 2019-cu il sentyabr ayından 2021-ci ilin mart ayına kimi köçürülən 6 min manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

    Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (mənimsəmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə) maddələri ilə cinayət işi başlanılıb.

    Hazırda cinayətin təfərrüatlarının araşdırılması və təqsirli şəxsin (şəxslərin) məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR