AVRO-2020-də qrup mərhələsinin III turunun ilk təyinatları açıqlanıb.
AzadMedia.az xəbər verir ki, iyunun 20-də Bakı Olimpiya Stadionunda baş tutacaq İsveçrə – Türkiyə qarşılaşmasını sloveniyalı Slavko Vinçiç idarə edəcək.
Ona həmyerliləri kömək edəcək. Dördüncü və ehtiyat beşinci hakim İsveçdəndir. UEFA Almaniyadan olan briqadaya VAR hakimləri kimi təyinat verib. Görüşün hakim-inspektoru rusiyalı Nikolay Levnikov, UEFA nümayəndəsi isə gürcüstanlı İrakli Nakaidze olacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.