AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AMEA institutlarına yeni direktorlar təyin edildi

  • + A
  • - A
  • 19-06-2021, 10:00

    AMEA institutlarına yeni direktorlar təyin edildi

    Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

    AMEA-dan AzadMedia.az a verilən məlumata görə, tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, vitse-prezidentlər, Rəyasət Heyətinin üzvləri, Aparat rəhbəri və aidiyyatı qurumların rəhbərləri iştirak ediblər.

    Rəyasət Heyətinin qərarları ilə akademik Dilqəm Tağıyev akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, akademik Vaqif Abbasov akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun, akademik Vaqif Fərzəliyev akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun, müxbir üzv Bəxtiyar Məmmədov Polimer Materialları İnstitutunun, müxbir üzv Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, Natiq Mehdiyev isə AMEA Rəyasət Heyəti aparatının Xüsusi şöbəsinin müdiri vəzifələrinə təsdiq edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR