ABŞ-ın Alabama ştatında davam edən aramsız leysan 12 nəfərin həlak olmasına gətirib çıxarıb.
Azadmedia.az xəbər verir ki, bu barədə “USA Tudey" qəzeti yazıb.
Qeyd edilir ki azı 10 nəfər, o cümlədən 9 uşaq iki avtomobilin toqquşması zamanı həlak olub. Yol-nəqliyyat hadisəsinə əlverişsiz hava şəraiti səbəb olub.
Bundan başqa, daha bir yetkin şəxs və uşaq yaşayış evinə ağacın düşməsi nəticəsində ölüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.