AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransa portalı: Ermənistan birinci Qarabağ müharibəsində itkin düşmüş 4000 azərbaycanlının taleyi barədə məlumat vermir

  • + A
  • - A
  • 22-06-2021, 18:28


    Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, fransızdilli jurnalist Zeynab Kazımovanın Fransanın www.musulmansenfrance.fr xəbər portalında “Ermənistan hələ də birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000 azərbaycanlının taleyi barədə məlumat verməkdən imtina edir” (L’Arménie refuse toujours de donner des informations sur le sort des 4 000 Azerbaïdjanais disparus durant de la première guerre du Karabakh) sərlövhəli məqaləsi yayımlanıb.
    Məqalədə öncə müəllif Ermənistan Xarici İşlər Nazirliyinin 18 iyun 2021-ci il tarixli açıqlamasında Azərbaycanı 44 gün davam edən müharibə zamanı Ermənistan tərəfindən qanunsuz olaraq döyüşən hərbi cinayətlər, terror aktları və muzdlu cinayətlər törətməkdə günahlandırılanları mühakimə etməkdə günahlandırdığını bildirərək, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatını diqqətə çatdırır. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında döyüş əməliyyatları zamanı və hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyannamə imzalandıqdan sonra "hərbi əsirlər" və "mülki şəxslər" kimi qeyd olunan həmin şəxslərin 1949-cu il Cenevrə Konvensiyaları, işə götürülmə, istifadə, maliyyələşdirmə və muzdluların təlimatına qarşı Beynəlxalq Konvensiya və yerli qanunlar da daxil olmaqla, beynəlxalq hüquqa görə ədalət mühakiməsinə cəlb etmək hüququnun olduğunu yazır.
    Jurnalist Azərbaycan tərəfinin istintaqında olan ermənilərin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamə imzalanandan sonra Azərbaycan ərazisinə daxil olan bir terror qruplaşmasının üzvü olduğunu qeyd edir. O, bildirir ki, bu qrupun təxribatçı fəaliyyəti nəticəsində 4 azərbaycanlı əsgər öldürülüb və bir mülki şəxs ağır yaralanıb. “Təqsirləndirilən erməni əsilli Livan vətəndaşı, 44 günlük müharibə zamanı xarici hərbi muzdlu olaraq Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı döyüşlərdə iştirak edib. Digər iki Ermənistan vətəndaşı hələ də birinci Qarabağ müharibəsi zamanı Azərbaycan mülki şəxslərinə və əsgərlərinə işgəncə verməkdə günahlandırılır”, - deyə müəllif diqqətə çatdırır.
    Müəllif xatırladır ki, Fransanın gündəlik nəşri olan “La Croix” qəzetinin 28 may 2021-ci il sayında Ermənistanın minalar qoymaqla məşğul olan döyüş mühəndislərinin olduğu bildirilib.
    Zeynab Kazımova qeyd edir ki, Azərbaycan humanizm prinsipləri ilə hərəkət edərək indiyə qədər bəzi erməniləri Ermənistana verib. “Azərbaycan 44 günlük müharibədə əsir düşmüş 15 erməni əsgərini Ermənistanın Ağdam rayonunun 97.000 tank əleyhinə və piyadaya qarşı mina xəritəsini vermək müqabilində azad edib. Ermənistan isə hələ də birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000 azərbaycanlının taleyi barədə məlumat verməkdən imtina edir. Torpaqlar azad edildikdən sonra Kəlbəcər rayonunun Başlibel kəndində aşkarlanan kütləvi məzarlıq Ermənistanın törətdiyi müharibə cinayətlərinin və Ermənistan tərəfindən itkin düşmüş azərbaycanlılar haqqında məlumatların gizlədilməsinin bariz sübutudur” – məqalədə vurğulanır.
    Jurnalist yazır ki, beynəlxalq humanitar hüquq qanunları insan əleyhinə mina istifadəsini qadağan edir. Zeynab Kazımova ərazilərin ermənilər tərəfindən minalanmasının 22 mülki və 100-dən çox yaralı daxil olmaqla, 25-dən çox insanın ölümünə səbəb olduğunu, bu yaxınlarda iki azərbaycanlı jurnalistin – AzTV-nin əməkdaşı Sirac Abışov və Azertacın müxbiri Məhərrəm İbrahimovun Kəlbəcərdə erməni minası tərəfindən həyatını itirdiklərini xatırladıb.
    Müəllif təəssüflə vurğulayır ki, yalnız Ağdamdakı mina xəritələrini Azərbaycana təhvil verən Ermənistan bir çox mina xəritələrini gizlədir və bu ölkənin yüksək vəzifəli şəxslərinin açıq şəkildə etiraf etdikləri kimi Azərbaycana verməkdən imtina edir.
    Məqalədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun “Anadolu” agentliyinə açıqlamasında səsləndirdiyi fikirlərə yer verən məqalə müəllifi yazır ki, XİN rəhbəri sərhəddəki gərginliyi dəyərləndirərək deyib : “Torpaqlarımız 30 ildir işğal altında olduğu üçün Azərbaycan sərhədlərinə nəzarət edə bilmirdi. Keçən il 44 günlük müharibə ilə ərazi bütövlüyümüzü bərpa etdik və Ermənistanla aramızda 398,7 kilometrlik sərhədə nəzarəti təmin etdik. Tərəflər arasında sərhəd xətti məsələsində fikir ayrılığı, fərqli yanaşmalar var. Çünki sovet sönəmində sadəcə idarəedici sərhədlər vardı. Tərəflərdə xəritələr var və bu xəritələr bəzi yerlərdə fərqlilik göstərir. Azərbaycan məsuliyyətli davranır və sərhəddə daha böyük gərginlik olmaması üçün əlindən gələni edir”.
    Müəllif yazır ki, Nyu-Yorkdakı Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin salonunda and içərək, BMT Baş katibi vəzifəsinə ikinci dəfə təyin olunan António Guterres, dünyanın çox dəyişdiyinə baxmayaraq, BMT-nin vədlərinə sabit qaldığını, ancaq ölkələrin birlikdə çalışmasının lazım olduğunu söyləyb. Jurnalist qeyd edir ki, BMT Azərbaycan da daxil olmaqla, ölkələrin suverenliyini və sərhədlərinin toxunulmazlığını tanıyır. Ancaq Ermənistan həmişə olduğu kimi, Cənubi Qafqaz bölgəsinin inkişafına qarşı çıxmağa çalışır. “Ermənistanın manevrləri bölgədəki barışıq və əməkdaşlığı sabotaj etmək məqsədi daşıyır. Buna baxmayaraq, Şuşa Bəyannaməsinin imzalanması zamanı Türkiyə Prezidenti Ərdoğan bölgənin “Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran arasında sülh və əmin-amanlıq bölgəsinə çevrilməsini” arzuladı” – deyə məqalə müəllifi vurğulayır.
    Sonda Zeynab Kazımova qeyd edir ki, Azərbaycan və Türkiyə Cənubi Qafqazı sülhsevər bir bölgə halına gətirmək üçün bütün səylərini göstərərək bölgədəki bütün ölkələri bu əməkdaşlıq prosesinə cəlb etmək istəyirlər. Bu səbəbdən də Ermənistan üçtərəfli razılaşmanın qalan bəndlərinin yerinə yetirilməsinə diqqət yetirməli, sərhədlərin delimitasiyası və demarkasiyası işində əməkdaşlıq etməli və Zəngəzur dəhlizinin açılmasında iştirak etməlidir. Nəhayət, bütün Qarabağ ərazisinə qoyulmuş mina xəritələrini təhvil verməlidir.
    https://musulmansenfrance.fr/armenie-azerbaidjan-le-droit-rien-que-le-droit/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR