Ötən il dövlət qulluğuna qəbulla bağlı 422 vəzifə üzrə namizədlərin müraciətlərinə imtina verilib”.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, imtina səbəbləri arasında iş stajının vəzifənin tutulma şərtlərinə uyğun olmaması (34,6 %), zəruri sənədlərinin təqdim edilməməsi və ya natamam təqdim edilməsi (32,46 %), ümumi müsahibədə iştirak hüququnun olmaması (13,27 %) üstünlük təşkil edir.
M.Abbaszadə qeyd edib ki, keçən il müsahibələrdə uğur əldə edən 734 namizəd vakant vəzifələrə təyin edilib:
“Ən yüksək təyinat müsabiqə üzrə (427 nəfər / 58,17 %) müşahidə edilir. Ən çox təyinat müsabiqə üzrə BB4 (dövlət qulluğunun vəzifə təsnifatı) olub - 223 nəfər, ümumi müsahibə üzrə BB3 - 22 nəfər, daxili müsahibə üzrə isə BA3 - 35 nəfər altqruplarına aid vəzifələr üzrə qeydə alınıb”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.