“Tibb işçilərinin işə qəbulu ilə bağlı müəyyən müzakirələr aparılır. Yəqin ki, bununla bağlı tezliklə bəzi qərarlar qəbul olunacaq. Həmin qərarlar ictimaiyyətə açıqlanacaq”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova “İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası” mövzusunda sualları cavablandırarkən deyib.
Onun sözlərinə görə, hələlik tibb işçilərinin bir müəssisədən digərinə köçürülməsi həyata keçirilmir: “Amma tezliklə olacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.