Azadmedia.az xəbər verir ki, Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği təsdiq edilib.
Belə ki, bununla bağlı müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, baytarlıq xidmətlərinə, o cümlədən, dövlət sifarişi ilə heyvanların planlı profilaktik və məcburi peyvənd edilməsi ilə bağlı həyata keçirilən xidmətlərə, habelə baytarlıq nəzarəti tədbirlərinə görə alınan xidmət haqlarının məbləği müəyyən edilir.
Qərarın qüvvəyə minməsi ilə göstərilən baytarlıq xidmətlərinin əhatə dairəsinin genişləndirilməsinə, bu sahədə xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, yeni texnologiyaların və innovasiyaların tətbiqinə, heyvan sağlamlığının daha effektiv və dayanıqlı qorunmasına, həmçinin, baytarlıq sferasında çalışan əməkdaşların rifahının gücləndirilməsinə şərait yaradacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.