Prezident İlham Əliyev İlyas Rzayevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Azadmedia.az xəbər verir ki, sərəncama əsasən, ədliyyə polkovniki İlyas Ramiz oğlu Rzayevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, İlyas Rzayev Prezident Adminstrasiyasının Hərbi məsələlər şöbəsinin sektor müdiri vəzifəsində çalışır. O, bu vəzifəyədək Bakı hərbi prokuroru olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.