AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Belçikanın “VRT” telekanalının saytında Ağdam haqqında reportaj yayımlanıb

  • + A
  • - A
  • 23-06-2021, 19:51

    Azadmedia.az-ın məlumatına görə, Belçikanın “VRT” (Flamand Teleradiosu) telekanalının saytında işğaldan azad olunmuş Ağdam haqqında reportaj yayımlanıb.

    Belə ki, aparıcı reportajın əvvəlində ”Qafqazın Xirosiması” adlanan Ağdama səfərindən bəhs edir, işğal dövründə şəhərin tamamilə dağıdıldığı, evlərin talan olunduğu, salamat saxlanan yeganə məscidin isə səmti müəyyən etmək üçün istifadə olunduğu qeyd edilir.

    Reportajda 30 ilədək davam edən işğaldan sonra ilk dəfə doğma torpaqlarına geri dönən sakinlərin fikirlərinə də yer verilir. Yerli sakinlər şəhərin işğaldan əvvəlki həyatı haqqında danışaraq, indi bu ərazilərin tanınmaz hala düşdüyünü bildirirlər. Ermənilərin dinc sakinləri didərgin saldığını və qətlə yetirdiyini söyləyən insanlar onlarla yenidən birgə yaşayışın heç də asan olmayacağını da ifadə edirlər. Bununla belə, doğma torpaqlarına geri qayıtmaq arzusunda olan sakinlər Ağdamda aparılan quruculuq işlərindən sonra ata-baba yurdlarında rahat yaşamaq istədiklərini söyləyirlər.

    Kadrlarda Ağdamda ərazilərin minalardan təmizlənməsinin və dinc əhalinin geri dönüşünün nə qədər çətin olduğu da görünür. ANAMA-nın əməkdaşı ərazilərin mina və partlayıcı sursatlardan təmizlənməsi prosesi barədə məlumat verir. Bildirir ki, minalanmış ərazilərin xəritələrinin tam verilməməsi təmizləmə işlərini daha da çətinləşdirir.

    Reportajda 44 günlük Vətən müharibəsində qənimət götürülmüş erməni hərbi texnikasının nümayiş olunduğu Hərbi Qənimətlər Parkından da bəhs edilir. Birinci Qarabağ müharibəsində məcburi köçkünə çevrilən müəllim bildirir ki, məktəbliləri bu parka gətirməklə gənc nəslə öz tarixlərini dərindən mənimsəmək, ona sahib çıxmaq baxımından önəmlidir.

    Reportajda üçtərəfli Bəyanatdan sonra əraziləri tərk edən ermənilərin evləri yandırmasının və təbiətə zərər vurmasının görüntüləri də yer alıb. Sonda qeyd edilib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başlayıb və hazırda yolların çəkilişi, yaşayış məskənlərinin bərpası və infrastrukturun qurulması layihələri həyata keçirilir. Bu layihələr sırasında Füzuli beynəlxalq hava limanı diqqəti xüsusilə cəlb edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR