AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vaksindən imtina nəyə səbəb ola bilər? - Ekspert

  • + A
  • - A
  • 23-06-2021, 20:26

    Rusiya əhalisinin aşağı tempdə vaksinasiyası koronavirusun kardinal mutasiyasına gətirib çıxara bilər.
    Vaksindən imtina nəyə səbəb ola bilər? - Ekspert

    Azadmedia.az xəbər verir ki, bu sözləri rusiyalı həkim-infeksionist Andrey Pozdnyak deyib.

    “Əgər vaksinasiya zəif tempdə davam etsə, o zaman virus o səviyyəyə qədər mutasiya olacaq ki, hazırki vaksinlər qeyri-effektiv hala gələcək. Mövcud mutasiyalar isə peyvəndlərin effektivliyini azaltmır”, - deyə həkim bildirib.

    Onun sözlərinə görə, mutasiyaların məqsədi virusun daxildə daha çox qalmasını və xarici mühitdə yayılmasını təmin etməkdir. Belə ki, virus daha çox immun sistemi zəif olan insanlarda yaşayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR