AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İstanbulda azərbaycanlı güllələndi - Video

  • + A
  • - A
  • 24-06-2021, 07:45


    Türkiyənin İstanbul şəhərində azərbaycanlı sürücüyə silahlı hücum olub.

    Azadmedia.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Küçükçekmecenin Halkalı Merkez məhəlləsində qırmızı işıqda gözləyən Azərbaycan vətəndaşına motosikletlə yaxınlaşan iki nəfər atəş açıb və onu ağır yaralayıblar.

    Hadisə vaxtı sürücünün yanında qadın olsa da, o xəsarət almayıb.

    Təqsirkarlar hadisə yerindən uzaqlaşıblar. Polis onların axtarışlarını davam etdirir.

    Silah səslərini eşidən vətəndaşlar hadisə yerinə polis və təcili tibbi yardım çağırıblar. Sürücü xəstəxanaya yerləşdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR