Makafinin ölümündən öncə Tvitterdə paylaşdığı tvit gündəmə gəlib
İspaniya həbsxanasında ölü olaraq tapılan Con Makafinin Tvitterdə paylaşdığı tvit yenidən gündəm olub.
Azadmedia.az xəbər verir ki, Makafinin tvitinin 15 oktyabr 2020-ci ilə aid olduğu vurğulanıb.
Belə ki, Tvitin yenidən gündəmə gəlməsinin səbəbi isə orada Makafinin intihar etməyi planlaşdırmadığını yazmasıdır. Makafi, həmçinin taleyinin amerikalı maliyyəçi Cefri Epşteynə (Epşteyn də ABŞ həbsxanasında ölü tapılmışdı – red.) bənzəyəcəyi halda günahın özündə olmayacağını bildirmişdi.
Qeyd edək ki, “McAfee” antivirusunun yaradıcısı Makafi bundan öncə Kataloniya həbsxanasında ölü tapılıb.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR