AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“AZAL qiymətləri azaltmalıdır”

  • + A
  • - A
  • 2-07-2021, 11:40

    “AZAL qiymətləri azaltmalıdır”

    Milli Məclisin Zaqataladan seçilmiş deputatı Elşən Musayev təmsil etdiyi rayonun hava limanında bir təyyarənin belə olmamasına görə AZAL-ı tənqid edib.

    AzadMedia.az xəbər verir ki, deputat bu gün keçirilən iclasda bildirib ki, Zaqatala hava limanının hər şeyi – müdiri, bağbanı, işçiləri və s. var, ancaq, təkcə təyyarəsi yoxdur:

    “İnsanları təyyarə üzünə həsrət qoymaq olmaz. AZAL qiymətləri azaltmalıdır. Biletlərlə insanın cibinə girmək olmaz. Bu qurumun adı belə bunu tələb edir-AZAL! Bundan əvvəlki iclasda da həmkarım Qənirə Paşayeva bu məsələni gündəmə gətirmişdi”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR