Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəsmi İnstagram və Twitter hesablarında iyulun 20də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında telefon danışığının olması barədə məlumat yayılmışdır. Məlumatda qeyd edilmişdir ki, İqor Krasnov zəng edərək azərbaycanlı həmkarını və prokurorluğun kollektivini müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
Baş prokuror Kamran Əliyev təbrikə görə təşəkkürünü bildirib.
Ölkə başçılarının rəhbərliyi altında ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Azadmedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.