Bakı metrosunda qatarların intervalında gecikmə olub.
Bu barədə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, “Nizami-İnşaatçılar” sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisində gərginlik aşağı düşüb:
“Gərginliyin qısamüddətli aşağı düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.