Türkiyədə baş verən meşə yanğınları ilə bağlı azərbaycanlı məşhurlar da dəstək məqsədli paylaşımlar ediblər.
AzadMedia.az bildirir ki, müğənni
Xatirə İslam dünyanı dağıdanın, yandıranın insan olduğunu deyib.
"Sonra da deyirik, insanları niyə azaltmaq istəyirlər? Təbiəti məhv edən, heyvanları öldürən ekologiyanı korlayan insandır. Okeanın ortasında dünya boyda butulka zibilliyi yaradan insandır” , - deyə ifaçı qeyd edib.
İfaçı
Abbas Bağırov qardaş ölkəyə başsağlığı verib: "Bu vəhşiliyi edənlərin Allah bəlasını versin!”.
Aparıcı
Zaur Baxşəliyev yanğınlarda zərər görən insanlara səbr diləyib: "Bu dünyada insanların canını yandıranlar, o dünyada cəhənnəm odundan qurtula bilməyəcək”.
Prodüser
Tarix Əliyev də Türkiyəyə dəstək olanlar sırasında yer alıb. O, qardaş ölkənin yanında olduğunu vurğulayıb: "Bunu kim edibsə, Allahdan cəzasını alacaq”.
Digər aparıcı
Vüsalə Əlizadə isə təbiətin bütün şərəfsizliklərin qurbanı olduğunu qeyd edib:
"Bağışlaya biləcəksənmi bu acgöz, mundar məxluqları? Başınız sağ olsun, qardaş ölkəm. Bizim də canımız yandı”.
Xalq artisti
Faiq Ağayev bütün dünyanı yardım etməyə çağırıb:
"Türkiyəni yanğınlar bürüyüb. Adana, Muğla, Mersin, Bodrum, Osmaniye, Kayseri, Marmaris, Didim, İzmir, Kocaeli, Kozam, Kütahya... Manavqatdakı dostlarım imdad edir. Allah rəhmini göstərsin! Qardaş Türkiyə üçün dua edirik. Onları tək qoymayaq!”.
Meşə yanğınları ilə bağlı paylaşım edənlər arasında R
öya, Aygün Kazımova, Flora Kərimova, Xuraman Şuşalı və başqaları da olub.