Xəbər verdiyimiz kimi, Ermənistan baş naziri Nikol Paşinyan İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak edib.
Azadmedia.az xəbər verir ki, mərasim zamanı diqqətçəkən anlar yaşanıb. Belə ki, andiçmə məqamında Paşinyan başını aşağı salaraq, telefonla oynamağa başlayıb. Həmin görüntülər İran mediasında gündəm olub.
Siyası şəxslər, jurnalistlər Paşinyanın bu hərəkətini açıq təhqir və kobudluq olduğunu vurğulayıblar. Hətta Paşinyanın əməlini İran prezidentinə hörmətsizlik kimi qiymətləndiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.