Azərbaycan Televiziyasının efirində yayımlanan “Jurnalist araşdırması” verilişinin növbəti buraxılışı tamaşaçılara təqdim edilib.
Verilişin budəfəki buraxılışında “Tunel qətliamı”ndan bəhs olunub.
Jurnalis Yunis Orucovun hazırladığı süjetdə 1993-cü il martın 31-də Kəlbəcərdəki tunel ərazisində erməni silahlı dəstələrinin pusquya salaraq qətlə yetirdiyi soydaşlarımız taleyi haqqında söhbət açılıb.