AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yazıçı-jurnalist dəfn olundu- FOTOLAR

  • + A
  • - A
  • 8-08-2021, 20:20


    Salyan rayonunun ədəbi içtimaiyyətinə ağır itki üz vermişdir. Pedaqoq, peşəkar jurnalist, İstedadlı nasir, şair və tərcüməci Fəxrəddin Becan oğlu Fərzəliyev 8 avqust 2021- ci il tarixdə, ömrünün 72 –ci ilində vəfat etmişdir. O, 1949-cu ildə Salyan rayonunun Xalac kəndində dünyaya gəlmiş və bütün mənalı həyatını doğulduğu, çalışdığı rayonun, bölgənin və respublikanın ictimai siyasi həyatının salnaməsini yaratmağa, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə həsr etmişdir.
    F.Fərzəliyev 1975- ci ildə Salyan rayonunun içtimai -siyasi qəzeti olan “Qələbə”də əmək fəaliyyətinə başlamış və burada müxbir, şöbə müdiri, baş redaktorun müavini vəzifələrində işləmişdir. O, həmçinin müstəqil “Aysberq və həyat “qəzetinin baş redaktoru idi.
    F.Fərzəliyev 50 ilə yaxın bir müddətdə mətbuat sahəsində qələm çalmış, ozünün dürüstlüyü, səmimiyyəti, istedadı və zəhməti hesabına təkcə çalışdığı kollektiv arasında deyil, həm də rayon, o cümlədən respublikamızın ədəbi ictimaiyyəti arasında çox böyük hörmət və nüfuz qazanmışdı. Hamı onu savadlı, dərin analtik qabiliyyətə, yaddaşa, ensiklopedik biliyə malik ziyalı kimi tanıyırdı. Bir çox ədəbi mükafatların müəllifi olan Fəxrəddin müəllimin yazıları respublikanın və keçmiş SSRİ-nin aparıcı nəşrlərində dəfələrlə çap olunmuşdur.
    F.Fərzəliyev çox istedadlı naşir idi. Çox sayda bədii publisistik kitabların müəllifi olmaqla bərabər ata-baba yurdu olan Dərələyaz mahalının tarixi mədəni etnoqrafik irsinin təbliği, onun insanları barədə
    maraqlı tədqiqatların müəllifidir. O, həm də gənc yazarların da bu asan olmayan yolda irəliləməsində, tanınmasında xüsusi fəalliq göstərirdi. Yeni ədəbi qüvvələrin kitablarının hazırlanması və çapı üçün çox doğmalıqla çalışırdı. Yüzdən artıq kitaba redaktorluq etmiş, ön söz yazmış və çapı üçün nəşriyyatlarla işləməkdən yorulmamışdır.
    Fəxrəddin müəllim həyat yoldaşı ilə birlikdə cəmiyyətimiz üçün iki vətənpərvər, savadlı oğul böyüdüb tərbiyyə etmişlər. Oğlanları bu gün onun ailə ənənələrini layiqincə davam etdirməkdədirlər. O, təkcə ailədə deyil, eyni zamanda ali təhsilli kimya müəllimi kimi repetitorluq fəaliyyəti ilə məşğul olmuş və yüzlərlə məzunun ali təhsil almasında, xüsusən tibb sahəsində ixitisaslara yiyələnməsində əmək qoymuşdur. Onun dinləyiciləri arasında bu gün yüksək vəzifələrdə çalışanlar çoxdur.
    Fəxrəddin Fərzəliyev “Qələbə” qəzeti kollektivi üçün savadlı iş yoldaşı, mehriman dost, səmimi yoldaş və ağsaqqal bir insan idi. Onun xatirəsi bizim qəlbimizdən heç zaman çıxmayacaqdır. Həyat yoldaşı Etiraz xanıma, oğlanarı Vüsal həkimə, mühəndis Sirusa, qardaşlarına, yaxınlarına və doğmalarına dərin hüznlə baş sağlığı veririk.
    Allah rəhmət etsin.
    Bu gün avqust ayının səkkizində mərhum doğulduğu Xalac kənd qəbristanlığında torpağa tapşırıldı. Dəfn mərasimində ailə üzvləri, qohumlarla bərabər çalışdığı “Qələbə”qəzetinin yaradıcı kollektivi, kənd və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Şair-publisist Nizami Oruc, Ağamalıyev Hacı İmamqulu, Qələbə qəzetinin baş redaktoru Rüstəm Məlikov, müxbir, şair-publisist Əzizağa Məmmədli,Azərbaycan Yazıçılar Birliyinin üzvü,Prezident təqaüdçüsü,şair Emil Rasimoğlu, kənd ağsaqqallarından Məmməd Əmrəliye və başqaları çıxış edərək mərhumun yüksək insani keyfiyyətləri barədə danışmış, onun həyat və fəaliyyəti barədə unudulmaz xatirələrini söyləmişlər. (anakur.az)



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR