AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirlik rəsmisindən əhaliyə MÜRACİƏT

  • + A
  • - A
  • 11-08-2021, 16:38


    “İnsanlar arxayınlaşmamalıdır, çünki pandemiya bitməyib. Qapanmalara getməmək üçün vətəndaşlar birləşməli və dövlətə dəstək olmalıdırlar”.

    Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

    O qeyd edib ki, “Britaniya ştammı”nda yoluxanların sayı “Delta ştammı” kimi sürətlə artmırdı:

    “Gürcüstanın əhalisinin sayı bizdən üç dəfə azdır və gündəlik yoluxma sayı 5 000-dən yuxarıdır.

    Pandemiya dövründə insanlar həyat tərzinə yenidən nəzər salmalı, yoluxma riski olacaq yerlərdən, məclislərdən uzaq durmalıdırlar”.

    Baş infeksionist koronavirusla bağlı əhaliyə çağırış edib:

    “Hər kəs qızıl qaydalara ciddi riayət etməlidir. Bunlara əməl etməklə və vaksin olunmaqla bu xəstəliyə qalib gələ bilərik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR