“Əfqanıstanda vəziyyət nəzarətdən çıxır. Taliban hücumları dayandırmalı və müzakirələrə geri dönməlidir”.
Azadmedia.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş jurnalistlərə açıqlamasında deyib.
“Əfqanıstan yenidən xaosa sürüklənir. Təkcə son bir ayda xüsusən Helmand, Qəndəhar və Heratda mindən çox insan qarşıdurmalar səbəbindən həyatını itirib. Əfqan qüvvələri və Taliban arasındakı şəhərlərə sıçrayan qarşıdurmalar mülki şəxslərə böyük zərər verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.