Vladimir Zelenskinin ABŞ-a səfəri uğur hekayəsi olacaq və tərəflər konkret razılaşmalar əldə edəcəklər.
Azadmedia.az xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
“Xüsusi müqavilələr imzalanacaq. Vaşinqtona səfərim zamanı müşahidə etdim ki, Zelenskinin səfəri ilə bağlı yüksək əhval-ruhiyyə mövcuddur və Amerika tərəfi ziyarətin təşkili ilə bağlı konstruktiv addımlar atır”, - deyə XİN rəhbəri bildirib.
O vurğulayıb ki, Zelenskinin səfərinin ABŞ-da həm respublikçılar, həm də demokratlar tərəfindən dəstəklənməsi bu ziyarətin uğurlu keçəcəyinin göstəricisidir.
Qeyd edək ki, Zelenskinin avqustun sonunda Vaşinqtona səfəri gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.