AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Big Bang”in keçmiş üzvü insan alverinə görə həbs edilib

  • + A
  • - A
  • 14-08-2021, 10:26

    Cənubi koreyalı pop ulduz və "Big Bang" qrupunun keçmiş üzvü Seungri həbs edilib.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Yonhap” agentliyi yayıb.

    Məlumata əsasən, əsl adı Lee Seung-hyun olan Seungri Hərbi Məhkəmənin qərarı ilə 3 il müddətində azadlıqdan məhrum olunub. Bununla yanaşı, məhkəmə sənətçidən 989 min dollar cərimə ödəməyi də tələb edib. Bildirilir ki, koreyalı ifaçı insan alveri ilə məşğul olduğu və Seul şəhərində işlətdiyi gecə klubundan vəsait mənimsədiyi üçün həbs edilib. O isə öz növbəsində barəsindəki ittihamları qəbul etmir.

    Seungri mart ayında hərbi xidmətə çağırılıb və bu səbəbdən də onun işinə Hərbi Məhkəmə baxıb.

    Qeyd edək ki, Seungri 2019-cu ildə haqqında qadın alveri ilə bağlı qalmaqal yarandıqda "Big Bang" qrupundan ayrılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR