AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstanda 3 həftə müddətinə nəqliyyatın hərəkəti dayandırılıb

  • + A
  • - A
  • 14-08-2021, 11:26

    Gürcüstanda ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
    Gürcüstanda 3 həftə müddətinə nəqliyyatın hərəkəti dayandırılıb
    Gürcüstanda koronavirus yoluxma hallarının kəskin artımı ilə əlaqədar ölkə ərazisində yeni məhdudiyyətlər tətbiq olunub.

    Azadmedia.az-ın məlumatına görə, bu gündən başlayaraq üç həftə müddətində btün ölkə ərazisində şəhərdaxili ictimai nəqliyyatın hərəkəti dayandırılır. Bu məhdudiyyət şəhərlərarası nəqliyyat şamil olunmur.

    Bundan başqa, sentyabrın 4-dək kütləvi tədbirlərin, festival, konsert və idman tədbirləri qadağan edilib.

    Uşaq əyləncə mərkəzlərini fəaliyyəti məhdudlaşdırılır, ictimai iaşə obyektləri isə saat 23:00-dək işləyir.

    Qeyd edək ki, son günlərdə Gürcüstanda koronavirusa gündəlik yoluxma sayı 5 mini ötüb. Bu günədək ölkədə 470 mindən çox şəxs koronavirusa yoluxub, 6 321 nəfər vəfat edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR