AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DİN - 80 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb

  • + A
  • - A
  • 14-08-2021, 14:20

    Avqustun 13-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 131 toy şənliyinin monitorinqini həyata keçirib.
    DİN - 80 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb
    DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə, monitorinq 129 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

    Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

    - 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

    - 2 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;

    - 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

    - 80 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR