AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“II qrupda subbakalavrlar çox şanslıdırlar” - Məleykə Abbaszadə

  • + A
  • - A
  • 25-08-2021, 16:30



    “Hazırda 7761 subbakalavr müxtəlif qruplara öz sənədlərini verib. Onlardan 2700 nəfəri I qrupa, 2800 nəfəri isə II qrupa sənəd verənlərdir. 1345 nəfər isə III qrupa sənəd verib”.

    Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadə bildirib.

    O qeyd edib ki, III qrupa sənəd verənlər əgər ali məktəbələrə qəbul olmaq istəyirlərsə, regional ali məktəblərə üstünlük versinlər:

    “I və II qrupda subbakalavrlar həm regionda, həm də Bakıda müxtəlif ali məktəbləri seçə bilərlər. Onların xüsusilə özəl ali məktəblərə qəbul olmaq şansları yüksəkdir. Xüsusən II qrupda subbakalavrlar çox şanslıdırlar. Hər iki qrupda keçid balı aşağı olan ixtisaslar var. IV qrupda isə subbakalavrlar əsasən kənd təsərrüfatı profilli ixtisasları seçsələr, qəbul olma şansları olacaq. Tibb ixtisası üzrə keçid balları yüksəkdir və subbakalavrlara yer çatmayacaq. Yaxın illərdə bu vəziyyətin dəyişəcəyinə inanmıram”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR