ABŞ 14 avqustdan etibarən Əfqanıstandan 88 min nəfəri təxliyyə edib.
“Azadmedia.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Pentaqonun nümayəndəsi, general-mayor Henk Teylor keçirdiyi brifinqdə deyib.
“Sona qədər təxliyyəni davam etdirəcəyik. Son günlər hərbi resursların çıxarılmasına üstünlük verəcəyik”, - deyə o qeyd edib.
Pentaqon sözçüsü ABŞ-ın mümkün qədər uzun müddət Kabil hava limanında maksimum hərbi varlığını saxlamağa ümid etdiyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.