Beynəlxalq birlik Əfqanıstanda 20 il ərzində əldə edilmiş nailiyyətləri qoruyub saxlamaq üçün “Taliban” hərəkatı ilə dialoqu davam etdirməlidir.
Bu barədə Bundestaqda Almaniya Kansleri Angela Merkel vətəndaşların Əfqanıstandan təxliyyəsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Əfqanıstanın yenidən terrora dəstək verən yerə çevrilməsi riski var.
“Əfqanıstanda taliblərin reallığı ilə razılaşmaq çətindir, ancaq yaranmış reallıqlarla işləmək lazımdır. Əfqanıstana ehtiyacı olanları, eləcə də qonşu ölkələrdəki qaçqınları dəstəkləmək lazımdır”, - Merkel deyib.
Bununla yanaşı, AFR kansleri bu məsələni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə etdiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.