Azərbaycan Prezidenti İlham Əliyev Akif Hümbətovu təltif edib.
Dövlət başçısının sərəncamına əsasən, Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Akif Hümbət oğlu Hümbətov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, A. Hümbətov Konstitusiya Məhkəməsinin işlər müdiri vəzifəsini icra edir. Avqustun 25-i onun 60 yaşı tamam olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.