AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə XİN rəhbəri: “Ayrı-seçkiliklərə daha dözümümüz qalmayıb”

  • + A
  • - A
  • 28-08-2021, 19:00



    “Ayrı-seçkiliklərə daha dözümümüz qalmayıb”.

    AzadMedia.az “report”a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bunu Bağdad Əməkdaşlıq və Tərəfdaşlıq Konfransında çıxışı zamanı söyləyib.

    “Bölgəmiz və insanlarımız dini, məzhəbi və etnik ayrı-seçkilikdən çox əziyyət çəkib. Bu ayrı-seçkiliklərə daha dözümümüz qalmayıb”, - o qeyd edib.

    Mövlud Çavuşoğlu bölgədə qalıcı stabillik üçün iqtisadi və inzibati islahatların vacibliyini vurğulayıb:

    “Xalqlarımızın rifahı üçün strateji infrastruktur layihələrini gerçəkləşdirməliyik. Təhlükəsizlik olmadan iqtisadi islahatlara nail olmaq mümkün deyil.

    Bölgəmizdə təhlükəsizliyə ən böyük təhdid terrorçuluqdur. Regional əməkdaşlığı və sülhü zəhərləyən terror təşkilatları ilə geri çəkilmədən mübarizə aparmalıyıq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR