AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NATO pərdəsinin bağlanması Türkiyənin Əfqanıstan səhnəsindən çəkildiyi mənasına gəlmir, "ABŞ-ın maddi maraqları isə bitmir"– Politoloq Ülkər Piriyeva

  • + A
  • - A
  • 30-08-2021, 08:20

    NATO pərdəsinin bağlanması Türkiyənin Əfqanıstan səhnəsindən çəkildiyi mənasına gəlmir, "ABŞ-ın maddi maraqları isə bitmir"– Politoloq Ülkər Piriyeva

    "NATO pərdəsinin bağlanması Türkiyənin Əfqanıstan səhnəsindən çəkildiyi mənasına gəlmir", bu sözləri Azadmedia.az-a açıqlamasında – Politoloq Ülkər Piriyeva qeyd edib.

    Türkiyə Cumhuriyyəti Müdafiə Nazirliyi, Türk Silahlı Qüvvətlərinin Əfqanıstandakı təxliyəsinin 25 avqust axşamı başladığını açıqlamışdı. Bu arada mülki vətəndaşlar hərbi təyyarələrlə təxliyə edilirdi. Prezident sözçüsü Kalın da, təxliyənin 24 ilə 36 saat arasında olacağını açıqlamışdı. Beləliklə, Taliban tərəfindən ölkədəki bütün xarici hərbi qüvvələrin, Əfqanıstanda NATO çərçivəsində Türkiyənin bütün qüvvələrinin ayrılması üçün təyin etdiyi son tarix 31 Avqusta qədər Türkiyəyə geri dönmüş olacaq.

    Məlumdur ki, Taliban, ABŞ ordusunun Əfqanıstandan çıxarılmasının 31 Avqustdan daha gec bir tarixə təxirə salınmasının nəticəsi olacağı xəbərdarlığını etmişdi və yeni hökumətin ABŞ qoşunlarının çıxarılmasından sonra qurulacağını açıqlamışdı.

    Taliban-ın Qətər Siyasi Bürosunun sözçüsü Süheyl Şahin mətbuata açıqlamasında "Bu qırmızı bir xəttdir. ABŞ Prezidenti Co Bayden 31 avqustda bütün qoşunlarını geri çəkəcəklərini açıqlamışdı. Əgər gərəksiz olaraq uzatsalar, deməli, işğalı uzadırlar deməkdir. ABŞ və ya İngiltərə öz qoşunlarını təxliyə etməyə davam etmək üçün əlavə vaxt istəsələr, cavabımız yox olacaq. Əks halda bunun əlavə fəsadları olacaq ”, bildirmişdi.

    Bundan başqa Talibanın digər sözçüsü Zabibullah Mücahid, ABŞ-ın Əfqanıstandan tamamilə çıxmasından sonra yeni hökumətin qurulacağını açıqlamışdı.
    "Son ABŞ əsgəri gedənə qədər Əfqanıstanda heç bir hökumət qurulmayacaq" Özümüz özümüzə yetəcəyik. Həmçinin xalqımız iqtisadi islahatlar istəyir", deyə açıqlama vermişdi.

    Bəli 31 avqustu dünya ölkələri də gözləməkdə. Taliban indi müvəqqəti bir hökumət quracaq, sonra bəlkə də bütün Əfqanıstanı əhatə edəcək bir orta zəmin axtarışı olacaq, amma həqiqət budur ki, Taliban güclü olacaq bir idarə ilə qarşılaşacağıq. Talibanın bu təsirini dağıtmaq istəyən ABŞ olacaq. Ola bilsin ki, fərqli ittifaqların qurulmasını, necə olacağını istəyəcək və bunu orada qoyduğu ünsürlərlə həyata keçirməyə çalışacaq bir ABŞ görəcəyik.
    Hələ illər öncə, Əfqanıstanda zəngin mineral yataqlarının olduğu açıqlaması gözlərin yenidən bu ölkəyə çevrilməsinə səbəb olmuşdu. Əfqanıstana marağın arta biləcəyini deyən mütəxəssislər bu məlumatların yeni olmadığını belə vurğulamışdılar.

    Hələ, 2010-cu ildə hər kəs ABŞ Müdafiə Nazirliyi Pentaqonun Əfqanıstandakı zəngin mədənlərlə bağlı xəbərlərini dinləmişdi. ABŞ rəsmiləri, Əfqanıstan torpaqlarında təxminən 1 trilyon dəyərində istifadə olunmamış yeraltı sərvətlərin olduğunu açıqlamışdı. ABŞ-ın maddi maraqları bununla da bitmir..
    Bu gün dünyadakı heroinin doxsan üç faizi Əfqanıstanda istehsal edilir. ABŞ bu ölkədə iki istiqamətdə işləyir. Birincisi, öz təhlükəsizliyini təmin etmək, ordu qurmaq və silahlandırmaqdır. İkincisi, yeraltı sərvətləri ciddi şəkildə araşdırmaq və hasil etməkdir".

    Bundan əlavə, Rusiya və Çin də bölgədə tədbirlərini görəcək. Əfqanıstanın qonşuları kimlərdir? Pakistan, Çin, Rusiya və İran buradakı xaosdan ən çox təsirlənəcək ölkələrdir. Türkiyə də oraya köçdən ən çox təsirlənən ölkə ola bilər. Oradakı daxili qarşıdurmaya görə, Türkiyə oradan böyük bir köç dalğası ilə üzləşə bilər.

    Çin və Rusiyanın bölgəni çox diqqətlə izlədiyi şübhəsiz bir həqiqətdir. Çünki Talibanla danışıqlar aparırdılar. Taliban dini bir təşkilatdır, bu gün qəbul etmədiyimiz bir quruluşa malikdir. Ancaq bu siyasi müstəvidə bir reallıq olaraq ortaya çıxmaqdadır.

    Türkiyə isə burada yol ayrıcındadır. Ancaq burada Çin və Rusiya üçün o qədər də problem olmayacaq. Çünki Çin və Rusiyaya qarşı Taliban təşkil edən ABŞ-dır. Bu səbəbdən, Çin və Rusiya da öz maraqlarına uyğun formada tədbirlər görəcəklər.

    Türkiyə də buradakı geosiyasi mövqeyini yenidən qiymətləndirəcək. Türkiyənin gündəmində artıq bir hava limanı ola bilməz, bəlkə də fərqli siyasi qüvvələr. Bəlkə də Türkiyə həm Qərbi, həm Çini, həm də Rusiyanı nəzərə alaraq, öz maraqlarına uyğun olaraq, orada balanslaşdırıcı bir faktor olaraq meydana çıxmaq istəyəcəkdir. Qurtuluş Savaşı dövründən bəri Türkiyənin Əfqanıstanla tarixi dostluq əlaqələri var. Əsası keçmişə dayanan bu dostluq sayəsində Türkiyəyə daha yaxın bir gözlə baxa bilərlər.

    Çinin Əfqanıstandan keçən iqtisadi dəhliz sərmayələri var, bunu da nəzərə almaq lazımdır. Əfqanıstan çox vacib bir tranzit yoludur. Çinin də keçdiyi, Pakistana gedən əhəmiyyətli bir iqtisadi dəhlizi var. Çin buna böyük sərmayə qoyur. Yəni 100 milyard dollara yaxın olan bir layihədən danışırıq. Pakistandakı bu iqtisadi dəhliz həm də Əfqanıstanın inkişafına töhfə verəcək bir iqtisadi dəhlizdir. Əfqanıstan ora daxil edildikdə, Orta Asiya da ona əlavə edilə bilər. Çin bu yolla Ərəb dənizinə daha asan çatacaq və bu, win-win sistemidir, yəni - tamamilə ziddiyyətli fikirləri və qarşıdurmaları hər iki tərəf üçün bir qazanc vəziyyətinə çevirən bir qazanclı yanaşma.
    Belə olduğu halda, bölgə Əfqanıstanın gələcəyinə qoyulan investisiyaların qarşısını almağa çalışan ABŞ-la qarşı-qarşıya qalacaq.

    Əfqanıstan bunun fərqində olmalı və bölgə ölkələri ilə birlikdə bu problemlərin öhdəsindən gələ biləcəklərini düşünməlidir.
    Bölgə ölkələri dedikdə - Çin, Pakistan, Hindistan, Rusiya, İran və Türkiyəni nəzərdə tuturam..
    Ərdoğanın Türk əsgərlərini Əfqanıstandan çıxarma qərarı, Türkiyənin ABŞ fiyaskosu ilə üst -üstə düşdüyü pərdəni də bağlayır, bu da müsbət cəhətdir.
    Amma, gördüyünüz kimi, NATO pərdəsinin bağlanması Türkiyənin Əfqanıstan səhnəsindən çəkildiyi anlamına gəlmir..

    Türkiyə Əfqanıstanla münasibətləri qoruyaraq, ən azından indiyə qədər terror və qəddarlıqları ilə tanınan Taliban rəhbərliyinin xəttini yumşalda bilərmi? Qadınların və uşaqların mal kimi alınıb satıldığı və cinsi məqsədlə satılan antik dövrün qaranlığından çıxmaq üçün Türkiyənin ən azından bir töhfəsinin olacağını gözləmək olarmı?
    Bunları düşünsək də, təəssüf ki, Taliban küçələrdə musiqinin qadağan edildiyini və qadınların yanlarında kişi olmadan iki gündən artıq səyahət edə bilməyəcəyini açıqladı.
    Hər halda, görünür ki, Əfqanıstanda qadınlar və uşaqlar üçün daha qaranlıq bir dövr dövlətlər arasındakı maraq münasibətləri arasındakı qınama bəyanatları ilə məhdudlaşacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR